Aİ Rusiya ilə razılaşmanı tamamilə DAYANDIRDI

15:24 - 09 Sentyabr 2022

Aİ Rusiya ilə razılaşmanı tamamilə DAYANDIRDI

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına viza rejiminin sadələşdirilməsini nəzərdə tutan razılaşmanı tamamilə dayandırdığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqından verilən açıqlamada, Aİ ilə Rusiya arasında viza sadələşdirilməsi razılaşmasının tamamilə dayandırıldığı və bundan sonra vizalarla bağlı ümumi qaydaların Rusiya vətəndaşlarına şamil ediləcəyi bildirilib:

“Bu, viza müraciəti üçün rüsumun 35 avrodan 80 avroya qədər artması, əlavə sənədlərin təqdim edilməsi zərurəti, vizanın işlənməsi müddətlərinin uzadılması və çoxdəfəlik giriş vizalarının verilməsi üçün daha məhdudlaşdırıcı qaydalar ilə nəticələnəcək.
Viza rejiminin sadələşdirilməsi sazişi dəyərləri paylaşdığımız etibarlı tərəfdaşlarımızın vətəndaşlarına Aİ-yə imtiyazlı giriş imkanı verir. Rusiya haqsız yerə başlatdığı müharibə, o cümlədən dinc əhaliyə qarşı hücumları ilə bu inamı qırıb və fundamental dəyərləri tapdalayıb. Bugünkü qərar Rusiyanın hərəkətlərinin birbaşa nəticəsidir və bizim Ukraynaya və onun xalqına sarsılmaz sadiqliyimizə növbəti sübutdur”.

Qərar sentyabrın 12-dən qüvvəyə minəcək.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az