Finlandiya Türkiyənin tələbini RƏDD ETDİ - SƏBƏB

17:22 - 09 Sentyabr 2022

Finlandiya Türkiyənin tələbini RƏDD ETDİ - SƏBƏB

Finlandiyanın Ədliyyə Nazirliyi Türkiyənin ekstradisiyasını tələb etdiyi, lakin Finlandiyanın əvvəllər rədd etdiyi sənədlərə yenidən baxılması tələbini rədd edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya və İsveç Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq istədiklərini açıqlayıb, Türkiyə isə bu üzvlüyün təsdiqi üçün İsveç və Finlandiyada PKK və Gülən təşkilatına üzv olmaqda ittiham olunan 33 adın ekstradisiyasını tələb edib.

Daha sonra iyunun sonunda Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb və Türkiyə həmin şəxslərin Türkiyəyə təhvil verilməsi şərti ilə bu ölkələrin NATO-da iştirakına vetosunu ləğv edəcəyini açıqlayıb.

Ədliyyə naziri Bəkir Bozdağ avqustun 20-də İsveçin indiyədək yalnız bir nəfəri ekstradisiya etdiyini və bu şəxsin fırıldaqçılıq maddəsi ilə axtarışda olduğunu bildirib. Nazir  Finlandiyanın terror cinayətlərinə görə axtarılan heç kəsi Türkiyəyə təhvil vermədiyini bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az