Putin və Ərdoğan Səmərqənddə bu mövzuları müzakirə edəcək

19:13 - 09 Sentyabr 2022

Putin və Ərdoğan Səmərqənddə bu mövzuları müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların mövzusu açıqlanıb. 

Manset.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüşdə taxıl müqaviləsinin mövzusu, o cümlədən Rusiya ərzaq məhsullarının tədarükü müzakirə olunacaq. 

“Bu mümkündür və lazımdır və Putinlə Ərdoğan arasında gözlədiyimiz kimi Səmərqənddə baş tutacaq söhbət artıq hazırlanır. Bu söhbət həqiqətən gecikib. Biz görürük ki, taxılla bağlı İstanbul müqavilələri icra olunur. Xüsusən də bu tətbiq kasıb dövlətlərə, yoxsul ölkələrə heç bir fayda vermir,  çünki bu kasıb ölkələrə ərzaq yükü olan cəmi iki gəmi gəlib”, o, jurnalistlərə bildirib.

Peskov qeyd edib ki, bu, əlbəttə ki, müzakirə edilməli olan ilk mövzudur.

“Və təbii ki, bu, Rusiya ərzaqlarının beynəlxalq bazarlara çıxması mövzusudur”, – Peskov əlavə edib.

ŞƏT sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az