Türkiyənin Samsun şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 27 nəfər yaralanıb.
Qəza yerinə xilasedicilər, sağlamlıq və polis qrupları gəlib.
Yaralanan 27 işçidən 3-ü On doqquz May Universitetinin Sağlamlıq və Araşdırma Mərkəzinə aparılıb.
