Əyləci partlayan yük maşını 22 avtomobili əzdi – 44 yaralı

21:51 - 10 Sentyabr 2022

Əyləci partlayan yük maşını 22 avtomobili əzdi – 44 yaralı

Meksikanın Queretaro şəhəri yaxınlığında şossedə əyləci partlayan yük maşını 22 avtomobilə çırpılıb.

 

Manset.az-ın xarici mediaya istiandən məlumatına görə, yük maşınının 22 avtomobili əzməsi nəticəsində 44 nəfər xəsarət alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları göndərilib.

Qəza şahidləri qəza törədən yük maşını sürücüsünün qəzadan sonra qaçmağa çalışdığını, lakin polis tərəfindən tutularaq saxlanıldığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az