Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, təyyarə qəzası Raznodelnenski və Krasnoperekopski rayonlarının sərhədində baş verib.
Hadisə şahidlərinin məlumatına görə, səhər saat 6 radələrində hərbi təyyarə əkin sahəsinə düşüb. Ehtimal olunur ki, bu, Su-34 qırıcısı ola bilər.
Pilotlar katapult etməyə müvəffəq olublar.
Qəzanın səbəbləri hələlik məlum deyil.