Ukraynadan taxıl ixracı artırılacaq

20:52 - 11 Sentyabr 2022

Ukraynadan taxıl ixracı artırılacaq

Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.

Manset.az xəbər verir ki, bu barədə bazar günü Fransanın nəqliyyat naziri Klement Bon məlumat verib.

O qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.

Nazirin sözlərinə görə, Aİ-nin səyləri Ukraynaya faktiki olaraq münaqişənin başlanmasından əvvəlki taxıl ixracı həcminə qayıtmağa imkan verəcək.

Qeyd edək ki, Ukraynadan taxıl ixracı iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən imzalanan razılaşmalara əsasən tənzimlənir. Prosesə Türkiyədə fəaliyyət göztərən Birgə Koordinasiya Mərkəzi nəzarət edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az