ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları ilə mübarizə davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Banninq şəhərində “Fairview” yanğınını söndürmək üçün havaya qalxan helikopter missiyasını başa vurduqdan sonra eniş zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 1 pilot və 2 personal yaralanıb.
Yaralılar helikopterin qalıqları altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Onlarda orta dərəcəli yanıqların olduğu bildirilib.