Avropa həyəcan təbili çaldı - Almaniya prezidentindən XƏBƏRDARLIQ

10:39 - 12 Sentyabr 2022

Avropa həyəcan təbili çaldı - Almaniya prezidentindən XƏBƏRDARLIQ

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağını elan etməsindən sonra Almaniya xəbərdarlıq edib.

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu vəziyyətin yoxsul insanların, ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini bildirib:

“Xüsusilə ailələr evlərini itirmək riski altındadır. Bundan əlavə, ev axtaran insanlar münasib qiymətə mənzil tapmaqda çətinlik çəkə bilər”.

Qeyd edək ki, Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay tələbatı ödəyə bilər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az