Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəfn mərasimində iştirakı gözlənilən çoxlu sayda dövlət və hökumət başçılarına bəzi tələblər irəli sürülüb.
Belə ki, dəfn mərasiminə qatılacaq liderlərdən şəxsi təyyarə ilə deyil, planlı təyyarə ilə gəlmələri istənilib.
Bundan başqa, zirehli maşınları mərasimə gətirmək və helikopterdən istifadə etmək də olmaz.
Liderlər dəfn mərasiminə avtobusla aparılacaq.