Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlunu ev dustaqlığı ləğv edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, müğənninin ölkə xaricinə çıxışı hələ də qadağandır.
Xatırladaq ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı. Prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülən Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilmişdi. Gülşənə qarşı hazırlanan iddianamədə 1 ildən 3 ilə qədər həbs cəzası istənilir.