Kraliçanın tabutu Edinburq şəhərindəki kilsəyə aparıldı

19:34 - 12 Sentyabr 2022

Kraliçanın tabutu Edinburq şəhərindəki kilsəyə aparıldı

Böyük Britaniya Kraliçası II Elizabetin tabutunu aparan kortej Şotlandiyanın Edinburq şəhərindəki Holirud sarayından St.Giles kilsəsinə istiqamət götürüb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Kral III Çarlz və kral ailəsinin digər üzvləri tabutu müşayiət ediblər.

Bildirilib ki, kilsədə Kraliçanın xatirəsinə mərasim keçiriləcək, bundan sonra 24 saat ərzində ictimaiyyət onunla vidalaşa biləcək.

Kraliçanın cənazəsi çərşənbə axşamı Londona gətiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az