Ermənistan Rusiya, KTMT və BMT TŞ-yə müraciət etdi

08:29 - 13 Sentyabr 2022

Ermənistan Rusiya, KTMT və BMT TŞ-yə müraciət etdi

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, respublika prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan iştirak edib.

İclasda Azərbaycanla sərhəddəki son vəziyyət müzakirə olunub.

Toplantıda Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət barədə qərar qəbul edilib.

Mənbə: TASS


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az