Rəsmi Moskva erməni təxribatına necə reaksiya verdi? - AÇIQLAMA

12:53 - 13 Sentyabr 2022

Rəsmi Moskva erməni təxribatına necə reaksiya verdi? - AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin nizamlanması üçün kömək istəyib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda göstərilir ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatdır.

Bəyanatda qeyd olunur ki, İrəvanla Bakı arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməlidir.  

“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”, - Rusiya XİN-in bəyanatında vurğulanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az