ABŞ senatoru, Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen Yunanıstan mətbuatına verdiyi müsahibədə Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin NATO daxilində qeyri-sabit müttəfiq olduğunu deyən Hollen Yunanıstanı dəstəklədiklərini bildirib.
Hollenə F-16-ların Türkiyəyə mümkün satışı ilə bağlı sual verilib və ABŞ prezidenti Co Baydenin Madriddə keçiriləcək NATO sammitində prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini dediyi də xatırladılıb.
Hollen, "Ankaraya F-16 satışı ilə bağlı Senat indi hansı mövqedədir?" sualına, "Bu suala cavab vermək üçün keçmişdən danışmaq lazımdır. Yadınızdadırsa, Konqres Rusiyadan S-400 sistemi aldıqdan sonra Türkiyəyə F-35-lərin satışını haqlı olaraq rədd etmişdi. Buna mane olanlardan biri də mən idim və bu prosesdə fəal rol oynadım. Bu satınalma digər məsələlərlə yanaşı, Türkiyənin qeyri-sabit NATO müttəfiqi olduğunu və onun F-35 proqramından çıxarılmasının haqlı olduğunu sübut etdi”, cavabını verib.