Zelenski BMT Baş Assambleyasında çıxış edə bilər

21:51 - 13 Sentyabr 2022

Zelenski BMT Baş Assambleyasında çıxış edə bilər

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edə bilər.

Manset.az TASS-a istinadən xəbər verir ki, Ukrayna liderinə videobağlantı vasitəsilə yüksək səviyyəli həftəlik sessiyaya qoşulmaq icazəsi verilə bilər.

“Həftənin sonuna qədər BMT Baş Assambleyasının 77-ci sessiyası nümayəndə heyətlərinin səlahiyyətləri məsələsinə baxacaq, orada Zelenskinin çıxışı məsələsi qaldırıla bilər”, - mesajda deyilir.

Qeyd edildiyi kimi, Zelenskinin sentyabrın 20-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının sessiyasında çıxışı artıq açıqlanıb. Bununla belə, TASS-ın məlumatına görə, tədbirin formatı üzbəüz iştirak tələb edir. Eyni zamanda, Kiyev hələ Zelenskinin  BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gedəcəyini və ya sammitə uzaqdan qatılmaq qərarına gələcəyini rəsmi olaraq açıqlamayıb - Ukrayna prezidentinin sentyabrın 21-də keçiriləcək tədbirdə çıxış edəcəyi gözlənilir.

Daha əvvəl bildirilmişdi ki,  BMT Təhlükəsizlik Şurası Zelenskinin BMT Baş Assambleyası üçün Nyu-Yorka səfər edəcəyi təqdirdə ona “qapıları bağlamayacağına” söz verib .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az