Almaniya kansleri xalqına xəbərdarlıq etdi – HAZIR OLUN

12:00 - 14 Sentyabr 2022

Almaniya kansleri xalqına xəbərdarlıq etdi – HAZIR OLUN

Almaniya kansleri Olaf Şolz qarşıdan gələn qış mövsümü ilə bağlı xalqına xəbərdarlıq edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya İşəgötürənlər Federasiyasının proqramında çıxış edən kansler Şolz ürəkaçan danışmayıb.

O, vətəndaşlardan enerji böhranında sərt qışa hazırlaşmağı istəyib.

İctimaiyyəti enerji təchizatında Rusiyadan asılılıqdan qurtulmaq yolunda yaranacaq çətinliklərə dözməyə çağırıb.

Almaniyada enerji böhranına baxmayaraq elektrik təchizatının təmin edildiyini bildirən Şolz, ölkənin cənubundakı iki atom elektrik stansiyasının qışda da işləməyə davam etməsinin olduğunu bildirib və deyib:

“İnanıram ki, gördüyümüz hazırlıqlarla bu qışdan da çıxacağıq”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az