Aİ bu şirkətlərin gəlirlərini məhdudlaşdıracaq

15:33 - 14 Sentyabr 2022

Aİ bu şirkətlərin gəlirlərini məhdudlaşdıracaq

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında “Birliyin vəziyyəti” mövzusunda çıxış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, avropadakı enerji böhranı ilə bağlı danışan Leyen, enerji infrastrukturuna investisiyaların bir xərci olduğunu, lakin qalıq yanacaqlardan asılılığın dəyərinin daha yüksək olduğunu vurğulayıb.

Son zamanlar ucuz elektrik istehsalçılarının son dərəcə yüksək qazanc əldə etdiyini xatırladan fon der Leyen, bu gəlirlərə yuxarı hədd tətbiq edəcəklərini bildirib:

“Biz aşağı qiymətə elektrik enerjisi istehsal edən şirkətlərin gəlirlərinə məhdudiyyət qoyulmasını təklif edirik. Bu dövrdə, müharibədən istifadə edərək, qeyri-adi rekord gəlirlər və mənfəət əldə etmək üçün istehlakçılarımızın kürəyinə minmək yanlışdır. Bu dövrlərdə qazanc bölüşdürülməli və ona ən çox ehtiyacı olanlara yönəldilməlidir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az