KTMT-nin saytına kiberhücum oldu

16:26 - 14 Sentyabr 2022

KTMT-nin saytına kiberhücum oldu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytı kiberhücuma məruz qalıb.

 

Manset.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.

Məlumata görə, sayta kiberhücum (DDOS-hücum) sentyabrın 13-ü axşam saatlarında başlayıb. Hücum nəticəsində saytın işində problemlər yaranıb. Hazırda saytın fəaliyyəti qismən bərpa olunub. 

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az