Kraliça nənəsinin ölümündən ən son o xəbər tutdu

12:50 - 19 Sentyabr 2022

Kraliça nənəsinin ölümündən ən son o xəbər tutdu

Bu gün Londonda Vestminster sarayında Kraliça II Elizabet ilə vida mərasimi başa çatıb. Kraliçanın cənazəsi dəfn olunması üçün Vestminster abbatlığına aparılacaq.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Böyük Britaniyada Kraliçanın dəfni ilə yanaşı şahzadə Harri ilə bağlı iddialar da gündəmdən düşmür.

Belə ki, ölkə mediası Harrinin nənəsinin ölümündən ən son xəbər tutan şəxs olduğu iddiasını irəli sürüb.

“The Telegraph” qəzeti yazır ki, Harri Kraliçanın vəfat etməsini Baş nazir Liz Trassdan sonra öyrənib və bu, ailə arasında yaşanan soyuq münasibətlərin bir hissəsidir. Yayılan məlumatlara görə, Harri sözügedən məlumatı ictimaiyyətə açıqlanmazdan 5 dəqiqə əvvəl alıb.

Kral ailəsi isə mediada yayılan bu məlumatlara kəskin reaksiya verib. Sarayın açıqlamasına görə, bu cür iddiaların Kraliçanın dəfn edilməsi ərəfəsində irəlıi sürülməsi hörmətsizlikdir. Həmçinin bildirilib ki, Kral ailəsinin hər bir üzvü məsələ ilə bağlı məlumatlandırıldıqdan sonra ictimaiyyətə xəbər verilib. 

“Daily Mail” qəzeti isə öz növbəsində Harrinin həmin an təyyarədə olduğunu və bu səbəbdən onunla əlaqə yaratmağın çətin olduğunu yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az