İran və Ukrayna arasında "pilotsuz uçuş aparatı" gərginliyi artır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İranın Rusiyaya PUA göndərdiyini bir daha təkzib edib. Rusiyanın Ukraynanın paytaxtı Kiyevi səhər saatlarında kamikadze pilotsuz uçan aparatlarla vurmasından sonra irəli sürülən iddialara cavab verən Kənani, "İranın Rusiyaya pilotsuz PUA göndərməsi xəbərinin siyasi məqsədləri var, bunları Qərb mənbələri yayıb. Biz müharibədə iştirak edən ölkələrə silah vermirik” - deyib.