“Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə ehtiyacı yoxdur. Bu, nə siyasi, nə də hərbi əhəmiyyət daşımır”.
Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
O qeyd edib ki, nüvə silahı mövcud olduğu müddətdə ondan istifadə ilə bağlı təhdidlər olacaq.
Lakin Rusiya heç vaxt nüvə silahından mümkün istifadə barədə heç nə deməyib.