Şakira və Pike bu məsələdə razılığa gəliblər

13:22 - 09 Noyabr 2022

Şakira və Pike bu məsələdə razılığa gəliblər

Pop ulduzu Şakira keçmiş sevgilisi Jerar Pike ilə iki övladının birgə qəyyumluğu üzrə razılığa gəlib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə noyabrın 8-də müğənninin İspaniyadakı nümayəndəsi bildirib.

Sözçü vurğulayıb ki, müqavilənin təfərrüatları yaxın zamanlarda açıqlanacaq.

Yerli mətbuatın yazdığına görə, müqavilədə 9 yaşlı Milan və 7 yaşlı Saşanın anası ilə birlikdə Mayamiyə köçəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, 45 yaşlı Şakira və “Barselona”nın 35 yaşlı müdafiəçisi Pike 2011-ci ildən birlikdə olsalar da, heç vaxt evlənməyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az