Həbsdən çıxan Faruk Koca: “Bir yumruqla haqsızları haqlı çıxardım”

11:54 - 28 Dekabr 2023

Həbsdən çıxan Faruk Koca: “Bir yumruqla haqsızları haqlı çıxardım”

Trendyol Super Liqasında oynanılan “MKE Ankaragücü” – “Çaykur Rize” idman matçından sonra hakim Halil Umut Melərə yumruq atan və həbs olunaraq Sincan Qapalı Cəza Müəssisəsinə göndərilən Faruk Koca məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “MKE Ankaragücü” azarkeşləri həbsdən çıxan sabiq klub prezidenti Faruk Kocanı coşqu ilə qarşılayıb.

Koca fanatlarına müraciət edərək hər zaman haqsızlığa qarşı çıxdığını vurğulayıb:

Koca, "Həyatda prinsip olaraq qəbul etdiyim bəzi dəyərlər var. Haqsız və oğruya haqq qazandırmaq üçün səbəb göstərməməliyik. Təəssüf ki, bu hadisələri gerçəkləşdirənləri bir yumruqla haqlı çıxarmış kimi oldum. Bütün dünyada bütün klubların və azarkeşlərin gözlədiyi yeganə şey ədalətdir. Ailəsinin dolanışığından kəsərək stadiona gələn insanların, tək xoşbəxt edən futbol matçına baxmaq onların ən böyük lüksüdür. Bu insanların hüquqlarını pozmamaq üçün empatiyaya sahib olaq” deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az