Türkiyəli məşhur sənətçilər İbrahim Tatlısəs və Perihan Savaşın qızı Zübeyde Mələyin sosial media hesabından paylaşdığı foto səs küyə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zübeyde Mələk illər əvvəl yollarını ayıran aktrisa anası və müğənni atasının birgə çəkilən fotosunu paylaşıb.
Foto izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, İbrahim Tatlısəs və Perihan Savaş cütlüyü 1979-cu ildə ailə qurub. Bu nikahdan bir övladları olan cütlük 1982-ci ildə boşanıb. Perihan Savaş illər əvvəl qonaq olduğu proqramda İbrahim Tatlısəsin qızına hamilə ikən onu aldatdığını deyib:
"Xəyanətdən xəbər tutanda uşağımı itirmək təhlükəsi ilə üzləşdim. Kədərdən 15 gün xəstəxanada qaldım. Qızım 4 aylıq idi, qızımı itirirdim".
Tatlısəsi məruz qoyduğu şiddətə görə bağışlamadığını deyən Şavaş, "Vururdu, həmişə vururdu. Tək məni yox, hamını vururdu. Allah onu bağışlasın. İndi mənim üçün o, heç kimdən fərqli deyil" deyib.



Əfsanə
Manşet.az