Smartfonları və texnoloji cihazları ilə tanınan Çin markası Xiaomi elektriklə işləyən avtomobil istehsal edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, brend özünün yeni sedan modeli SU7-ni avtomobil həvəskarlarına təqdim edib.
Bir proqramda açıqlama verən şirkətin baş direktoru Lei Jun, 15-20 il ərzində dünyanın ən yaxşı 5 avtomobil markasından biri olacaqlarını söyləyib.
V6, V6S və V8 adlı 3 fərqli vahidlə gələcək modelin V8 versiyası 2025-ci ildə istehsal olunacaq. V6 modeli 400 Nm, V6S modeli isə 500 Nm fırlanma anı hasil edəcək.
Əldə edilən məlumata görə, Xiaomi SU7 2023-cü ilin fevral ayından etibarən Çində 41.000 dollardan yuxarı qiymətlə satışa çıxarılacaq.

Əfsanə
Manşet.az