Türkiyəli məşhur aktyorlar Ahmet Kuralla Murat Cemcir küsülüdür.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaxın dost olan, həmçinin, birlikdə yer aldıqları layihələrlə tanınan aktyorların bir-birindən inciməsinə səbəb Cemcirin Kuralın toyunda iştirak etməməsi olub.
Jurnalistlərə açıqlamasında Ahmet Kural bildirib ki, bir gün barışıb danışarıq. Biz düşmən olacaq adamlar deyilik:
"Uzun müddətdir ki, küsmüşük. Səbəbinin bizdə qalmasını istəyirik. Birlikdə böyük uğurlara imza atmışıq. Onun məndə, mənim isə onda əməyimiz çoxdur. Hazırda inciklik dövrünü yaşayırıq. Dostlar arasında belə şeylər olur. Vəziyyətimizə kədərlənirəm. Bu yola bir çıxmışıq. Bir anda küsüb getmək mümükün deyil. Təəssüf ki, bir-birimizə küsmüşük".
Cemcir isə yaxın gələcəkdə nəsə edəcəyimizi düşünmürəm deyib:
"2020-ci ildə Ahmetlə sonuncu layihəni etdik, yaxın gələcəkdə nəsə edəcəyimizi düşünmürəm. Allah hər kəsin yolunu açıq etsin. Aramızda heç bir maddi söz-söhbət yoxdur. Aramızdakı küskünlük deyil, cansıxıcılıqdır. Ahmetlə görüşmürük və görüşməyəcəyik də".
Əfsanə
Manşet.az