Kraldan ayrılıb mənimlə evlənəcəkdi - Sarayda gizli eşq qalmaqalı

14:45 - 29 Dekabr 2023

Kraldan ayrılıb mənimlə evlənəcəkdi - Sarayda gizli eşq qalmaqalı

İspaniya kralı VI Felipenin 51 yaşlı həyat yoldaşı Kraliça Letiziyanın gizli eşq yaşadığı xəbəri ölkədə böyük səs-küy yaradıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kraliça ilə yaşadığı eşqi "Letiziya və mən" kitabında təsvir edən Xayme del Burqo Letiziyanın bacısı Telma Ortizlə evlənməzdən əvvəl sevgi münasibəti olub.

Kraliçanın keçmiş qaynı ilə münasibətlərinin 2004-cü ildə Kral Felipe ilə evləndikdən sonra da davam etdiyi bildirilib.

Del Burqo Kraliçanın onunla evlənmək üçün Kraldan boşanmağı planlaşdırdığını da bildirib.

Yasaq eşqi ilə bağlı sosial media hesabından yeni açıqlama verən Del Burqo sevgi yaşadığı illəri sistemləşdirib:

1) 2002-2004-cü illərdəki eşq macərası

2) 2004-cü ildən 2010-cu ilə qədər dost və sirdaş

3) 2010-2011-ci illərdə uzun müddətli sevgi

4) 2012-2016-cı illər arasında qohumluq.

Sarayda yasak aşk skandalı: Kralı bırakıp benimle evlenecekti

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az