İranın Məhkəmə-Ədliyyə Sistemi Qərbi Azərbaycan əyalətində 4 məhbusun "İsrailin xeyrinə casusluq yolu ilə ölkədə çaxnaşma və fəsad törətmək" ittihamı ilə edam edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha öncə insan haqları saytları həmin məhbusların edam üçün Urmiya zindanının təkadamlıq kamerlara köçürüldüyünü bildirmişdi.
Xatırladaq ki, ötən ilin noyabr ayında Qərbi Azərbaycan əyalətinin baş hakimi İsraillə əlaqəsi olan və əsas fəaliyyətləri İsrailə qarşı mübarizədə fəaliyyət göstərən İranın kəşfiyyat qüvvələrini müəyyən etmək olan 10 agentin həbs edildiyini açıqlamışdı.
Əfsanə
Manşet.az