Türkiyənin Ağdəniz rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 22:19 radələrində baş verən yeraltı təkanların episentri 6,24 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqda hələ məlumat yoxdur.
Jalə
Manşet.az