Türkiyənin Elazığ vilayətində 4,2 maqnitudalı zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.