"Belqoroda raket hücumu barədə Putinə məruzə olunub" - Kreml

18:49 - 30 Dekabr 2023

\"Belqoroda raket hücumu barədə Putinə məruzə olunub\" - Kreml

Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun yaşayış məntəqələrinə hücumu barədə məlumat verilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Putinin tapşırığı ilə səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi komanda, habelə Fövqəladə Hallar Nazirliyinin bir qrupu zərərçəkənlərə yardım göstərmək üçün Belqoroda uçub.

"Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutması nəticəsində azı on nəfər ölüb, 45 nəfər yaralanıb", - deyə Kremlin məlumatında qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az