Ağstafada avtomobilin vurduğu 92 yaşlı kişi öldü

19:41 - 21 İyul 2024

Ağstafada avtomobilin vurduğu 92 yaşlı kişi öldü

Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon sakini 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az