Moskvada azərbaycanlı kafedə yanaraq öldü - VİDEO

22:34 - 17 Noyabr 2025

Moskvada azərbaycanlı kafedə yanaraq öldü - VİDEO

Ötən gün Rusiyanın paytaxtı Moskvada kafelərdən birində yanğın baş verib, hadisə nəticəsində iki nəfər həlak olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiyada yaşayan soydaşlarımızın verdiyi məlumata görə, ölənlərdən biri Azərbaycan vətəndaşı olub.

Onun Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib.

Uzun müddət Rusiyada yaşayan Elbrus Qasımovun hansı şəraitdə yanması ilə bağlı dəqiq məlumat olmasa da, onun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub.

Onun nəşi Azərbaycana yola salınması üçün morqdan çıxarılıb.

Elbrus Qasımovun yoldaşı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az