logo
logo logo
logo

Samuxda qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş - YENİLƏNİB

22:43 - 01 İyul 2026

Samuxda qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş - YENİLƏNİB

Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs hərbi qulluqçu olub.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:

"Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib".

***

20:18

Samuxda "MAZ" çaya aşıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

    Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

    Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

    Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

    Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az