logo
logo logo
logo

Şəkidə villa YANDI 

23:48 - 01 İyul 2026

Şəkidə villa YANDI 

Şəkidə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə. Rəsulzadə prospektində qeydə alınıb.

Ramil Nadir oğlu Səmədova məxsus 6 otaqlı fərdi yaşayış evində baş verən yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.

Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az