İmişlidə məktəbli komadan ayılmayıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, İmişli rayonu, Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib.
Bildirilib ki, bir neçə gün əvvəl Kamilə Bədəlzadənin halı pisləşib və o, komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, məktəbli 5 gün komada qaldıqdan sonra həyatını itirib.
Məktəb rəhbərliyi və pedaqoji kollektiv Kamilə Bədəlzadənin vəfatından kədərləndiklərini bildirərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.