Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb.
Manset.az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.