Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.
Qəza zamanı ağır xəsarət alan “VAZ 2106”-nın sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.