Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.