logo
logo logo
logo

Kürdəmirdə ağır qəza - Yaralılar var

00:30 - 07 İyul 2026

Kürdəmirdə ağır qəza - Yaralılar var

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücü Nicat Məhərrəmov idarə etdiyi BMW markalı avtomobillə həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sürücü N. Məhərrəmov və onun sərnişinləri kənd sakinləri Xaldun Səfərov və Elnur Nuriyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az