Türkiyədə iki qrup arasında yol üstünlüyü üstündə yaranan mübahisə bıçaqlı davaya çevrilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində Mərkəz məhəlləsində baş verib.
Məlumata görə, iki qrup arasında yol üstünlüyü məsələsinə görə başlayan mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib. Hadisə nəticəsində Mert B., Enes Furkan Y., Bora S. və Atakan K. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Araşdırmalar zamanı bıçaqdan istifadə edən şəxsin 21 yaşlı Eyüp Ö. olduğu müəyyən edilib. Məlumata görə, şübhəlinin cibgirlik, nəzarətsiz qalan əşyaların oğurlanması, narkotik vasitələrdən istifadə, iş yerindən oğurluq və odlu silahlarla bağlı qanunvericiliyin pozulması da daxil olmaqla ümumilikdə 19 cinayət qeydiyyatı var.
Hazırda Eyüp Ö.-nün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.