logo
logo logo
logo

Yeniyetmə Kürdə boğulma təhlükəsi ilə üzləşdi - Vəziyyəti ağırdır

20:16 - 29 İyul 2026

Yeniyetmə Kürdə boğulma təhlükəsi ilə üzləşdi - Vəziyyəti ağırdır

Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. C.Tağlının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az