Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada - Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızını vurub.
Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.