logo
logo logo
logo

Polis Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxladı

00:52 - 14 Noyabr 2026

Polis Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxladı

Paytaxtın Nərimanov rayonunda yerləşən kafedə insident baş verib. 


DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, ötən gün Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində insident qeydə alınıb.

Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az