Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı əsgər Həsənli Tuncay Elsevər oğlu dünyasını dəyişib.
Manset.az Nocomment.az-a istinadən xəbər verir ki, hadisə hərbi qulluqçunun xidmətinin 6-cı ayında baş verib.
Məlumata görə, mərhum Tuncay Həsənli anadangəlmə ürək qüsurundan əziyyət çəkib. Bu səbəbdən o, əvvəlki üç hərbi çağırış zamanı hərbi xidmətə yararsız hesab edilərək çağırışdan saxlanılıb.
Lakin dördüncü çağırış zamanı hərbi xidmətə cəlb edilib.

