Gecə saatlarında ağır qəza: Yaralılar var

22:41 - 18 May 2023

Gecə saatlarında ağır qəza: Yaralılar var

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər yaralanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü İsmayılova Güldanə Mahal qızı, 1994-cü il təvəllüdlü Babazadə Zahid Rahim oğlu, 1989-cu il təvəllüdlü Əliyev Yaqub Faiq oğlu, 1967-ci il təvəllüdlü Əliyeva Mehriban Rüstəm qızı və 1954-cü il təvəllüdlü Mirzəliyev Qiyas Mirzəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az