Yolu keçən iki yeniyetməni avtomobil vurdu

23:33 - 23 May 2023

Yolu keçən iki yeniyetməni avtomobil vurdu

Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az xəbər verir ki,  hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü N.Mahmudovu və 2010-cu il təvəllüdlü V.Bağırovu avtomobil vurub.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az