Gədəbəydə partlayış - Yaralı var

21:52 - 24 May 2023

Gədəbəydə partlayış - Yaralı var

Gədəbəydə partlayış baş verib.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.

Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az