Seneqaldən 15 gün əvvəl yola düşən azı 300 qanunsuz mühaciri daşıyan 3 qayıq itkin düşüb.
Manset.az türk mətbuatına istinadla bildirir ki, 15 gün əvvəl Seneqal sahillərindən Kanar adalarına üzən 300-dən çox qanunsuz mühacirin olduğu 3 qayığın Atlantik okeanında itdiyi bildirilib.
Mühacirlərə kömək etmək üçün fəaliyyət göstərən İspaniya qeyri-hökumət təşkilatı "Caminando Fronteras"ın sözçüsü Helena Maleno Reuters agentliyinə bildirib ki, 15 gün əvvəl Seneqaldan İspaniyanın Kanar adalarına yola düşən və 300-dən çox qanunsuz mühaciri daşıyan 3 qayıq Atlantik okeanında itib.
H.Maleno 15 gün əvvəl Seneqalın cənubundakı Kafountin bölgəsinin sahillərindən yola düşdüyü iddia edilən qayıqlardan birində 200-ə yaxın, digər iki qayıqda 65 və 60-a yaxın qanunsuz mühacirin olduğu məlumatını paylaşıb.